Суббота, 04.04.2026, 21:56
Приветствую Вас Гость | RSS
Главная | Регистрация | Вход
Мой сайт
Ana Səhifə
.:: Xəbər bölmələri ::.
:Xəbərlər: [1]
Proqramlar [3]
Musiqi [0]
İslam [0]
Oyunlar [0]
Video [0]
kinolar [2]
Avto dünya [1]
Tanınmışlar [0]
Futbol dünyası [0]
Mobil dünya [0]
Sevgi dünyası [1]
Web Masterlərə [0]
Digər [0]
Divar Kağızları [0]
Şəkillər [0]
Maraqlı [2]
Lətifələr [0]
Xəkerlər üçün [0]
Kitablar [0]
ChaT
200
Sorğu
Sorğu
Всего ответов: 87
Ətraflı Statistika

Saytda Olanlar 1
Qonaq 1
Hemise Saytda 0
SAITA GIRIS


Главная » 2010 » Февраль » 17 » İnternetin qiyməti ucuzlaşsa da, keyfiyyəti artmır
16:51
İnternetin qiyməti ucuzlaşsa da, keyfiyyəti artmır

Azərbaycanda internetin qiyməti ucuzlaşsa da, sürətin artması ilə bağlı ciddi addım atılmayıb. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, 2 il əvvəllə müqayisədə internetin qiyməti 7-8 dəfə ucuzlaşaraq qonşu ölkələrdəki səviyyəyə çatsa da, xidmətin keyfiyyəti aşağıdır.
Osman Gündüz bildirib ki, internet istifadəçilərə 1 meqabit tutum verməlidirsə, əslində həcm və sürət bundan 2-3 dəfə az olur.

İnternet klub istifadəçiləri də keyfiyyətlə bağlı problemlərin olduğunu bildirir. "Müəyyən qədər qiymət aşağı salınıb, amma sürət çox aşağıdır. Telefon xətləri olmasa, istənilən həcmi və sürəti ala bilmirik”, - deyə inzibatçı Hüseyn Zeynalov bildirib.

Mütəxəssislər keyfiyyətin aşağı olmasını provayderlərin aldıqları trafikdən daha çox qazanc əldə etmək üçün istifadəçilər arasında bölüşdürməsiylə izah edir. Onların fikrincə, bu son nəticədə internetin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Provayderlər isə deyilənlərlə razılaşmır və trafikin daha çox istifadəçiyə satılmadığını söyləyir. Onlar bildirir ki, alınan internetin həcmi nəzərdə tutulandan çox istifadəçiyə satılsa, keyfiyyət aşağı düşər və müştərilərin sayı azalar, bu da provayderin rəqabətdə uduzması ilə nəticələnər.

Provayder şirkətlərin rəsmiləri bəyan edir ki, texniki itkilər də sürətin aşağı düşməsinə səbəb olur. Telefon şəbəkəsi xətlərinin bəziləri səs ötürmək üçün nəzərdə tutulduğu halda, bundan internet üçün istifadə edilməsi də internetin keyfiyyətinin azalmasına səbəb olur. Amma istənilən halda itki 10 faizdən çox ola bilməz. Rabitə və informasiya texnologiyaları nazirliyinin rəsmiləri isə hər bir istifadəçi qrupuna münasib qiymət və keyfiyyətin təklif olunduğunu bəyan edir. Rabitə və informasiya texnologiyaları nazirliyinin şöbə müdiri Rüfət Gülməmmədov bu il də internet tariflərinin azaldılmasını istisna etmir. Qeyd edək ki, indi ölkəmizdə əhalinin 40 faizi internetdən istifadə edir.
Прикрепления: Sekiller 1
Категория: :Xəbərlər: | Просмотров: 662 | Добавил: hacker_life | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 İslam  
0
COX SAG OL HACKER_LIFE

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

REKLAM

ValutA

Daxili axtarış sistemi
TeqviM
«  Февраль 2010  »
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
ArxiV
Dostlarımız
Sizin reklam burda ola bilər
Zəng edin:
055-668-68-28


Copyright © 2026 |  Bütün hüquqlar vəhşicəsinə qorunur =) by HaCkEr_LiFe