
Tənhalıq
Tənhalıq.Çox çətindir elə deyilmi? Bu sözü eşitmək də,onu yaşamaq da. Bu sözü eşitmək özü böyük cəsarət,yaşamaq isə səbr tələb edir.Hətta bəzən elə olur ki, tənhalıqdan bezib intihar etməyə də can atırsan.Çətin olmağına baxmayaraq mən buna alışmışam.Çünki doğulandan tənha yaşamışam,əlimdən tutan bir kəsim olmayıb.Nə qədər inandırıcı olmasa da, nə qədər yalançı,nə qədər vəfasız olsa da mənə bu həyat dayaq olub. Yaşamaq uğrunda mübarizə aparmağı da, yıxılanda özüm durmağı da ondan öyrənmişəm.Bir sözlə mənim müəllimim də,mənim sığınacaq yerim də bu həyat olub,mən ona sığınmışam. Uşaq ikən küçələrdə tək başıma dolaşırdım,hamı məni yetim deyə çağırırdı. Əvvəl onun nə demək olduğunu bilmirdim,lakin böyüdükcə hər şeyi anladım. Mənim balaca bir dostum da var idi.O çox balaca idi,həm də o da mənim kimi tənha idi.Bəlkə də bir çoxları üçün gülməli gəlir amma mənim dostum balaca bir it idi.O həqiqətən də mənim ən vəfalı dostum idi.Amma çox keçmədi ki,mən ən yaxın dostumu itirdim.Ən vəfalı dostum aclıqdan öldü. İllər ötdü,zaman keçdi mən böyüyüb başa çatdım,və uzun illərdən sonra özümə yeni bir dərd ortağı tapdım.Yəni hər kəs kimi mənim də bir sevgilim oldu,amma dostumu da heç vaxt unutmadım.Çox maraqlıdır deyilmi? yetim bir uşağın sevgilisi var.Amma çox keçmədi ki onu da itirdim.Həyat oyunu çox cığaldır,elə şərait yaratdı ki,bütün oyunlarda məğlub oldum.Vaxt keçdikcə həyatı daha dərindən dərk eləməyə başladım və tənhalıqla ötən keçmişimi düşündükcə oturub səssiz-səssiz ağlayırdım.Göz yaşlarımı heç kəs görməsin deyə istəyirdim yağış yağsın. bəlkə heç olmasa yağışda göz yaşlarımı gizlədə bildim.Həyatla cığal oyunlar oynayaraq bu günümə gəlib çıxmışam,artıq 22 yaşım var,amma hələ də tənhayam,çünki doğulandan tənha yaşamışam.Bəlkə elə adım da tənhadır,nə bilim?
|